Berni Sanders | |
---|---|
ing. Bernie Sanders | |
Vəzifədədir | |
3 yanvar 2007-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Bernard Sanders |
Doğum tarixi | 8 sentyabr 1941[1][2][…] (83 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | İlay Sanders[d][11] |
Anası | Doroti Sanders[d] |
Həyat yoldaşları | |
Uşağı | 4[7] |
Dini | İudaizm[12] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[13] |
Elmi dərəcəsi | |
|
|
sanders.senate.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[1][2][…], Bruklin, Nyu-York ştatı, ABŞ[9][10][…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur[14], Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus)
Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır.[15] İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.[16] Seksizmə, homofobiyaya və irqi ayrı-seçkiliyə qarşıdır.
2010-cu ildə Corc Buş tərəfindən varlılara tətbiq edilən vergi güzəştlərinin uzadılmasının qarşısını almaq üçün 8 saatlıq filibaster vəziyyətini yaratmasından sonra senator kimi daha çox şöhrət qazanmışdır.[17] Bütün siyasi karyerası ərzində vətəndaş, əmək və sosial haqqları müdafiə edib. Ümumi tibbi sığorta, ödənilən məzuniyyət haqqı, analıq məzuniyyəti haqqı, qadın hüquqları, afroamerikalıların hüququları uğrunda fəaliyyət göstərib. Minimal əmək haqqının artırılması, ədalətli vergi sisteminin tətbiq edilməsi, sosial sığorta sisteminin möhkəmləndirilməsi, pulsuz ali təhsilin verilməsi, təhsil üçün borc yükünün azaldılması, maliyyə sahəsində daha sərt dövlət tədbirlərinin görülməsi (Qlass-Stiqol qanununun yenidən tətbiq edilməsi), penitensiar sistemdə islahatların aparılması (dünyada ən çox məhbusa sahib ölkələrdən biri olduqları üçün onların azaldılması və özəl türmələrin ləğv edilməsi), marixuananın leqallaşdırılması və iqlim dəyişiklikləri ilə mübarizənin aparılması uğrunda çıxışlar edib.
19 fevral 2019-cu ildə Vermont İctimai Radiosuna verdiyi müsahibədə bildirib ki, 2020-ci ildə baş tutacaq prezident seçkilərində iştirak edəcək.[18][19][20][21]